Paytaxt Tiflis yaxınlığında təyyarə uçuşları məhdudlaşdırılacaq

Manshet Cəmiyyət

Avqustun əvvəlində Tiflis yaxınlığında təyyarə uçuşları hərbi təlimlər səbəbindən məhdudlaşdırılacaq.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Hava Yolları Şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, Gürcüstan Hava Yolları Şirkəti NATO-nun təlimləri səbəbindən uçuş cədvəlində dəyişikliklərin edilməsi və uçuşların məhdudlaşdırılması barədə vətəndaşları xəbərdar edib.

Əvvəlcədən xəbər verdiyimiz kimi, iyulun 27-dən avqustun 9-dək Gürcüstanda NATO-nun “Çevik Ruh 2019” adlı çoxmillətli hərbi təlimləri keçiriləcək. Təlimlərdə 14 NATO üzvü və tərəfdaş ölkədən 3 mindən çox hərbçi iştirak edəcək.

“Çevik Ruh” təlimləri Gürcüstanda 2011-ci ildən bəri hər il keçirilir. Təlimlər ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı ilə birlikdə təşkil olunur.