Pensiya yaşına çatmış əməkdar müəllimlər pul mükafatını nə vaxt alacaq? Açıqlama

Cəmiyyət Manshet

Pul mükafatı ilə bağlı pensiya yaşına çatan praktikaçı müəllimlərin qeydiyyatının ilk mərhələsi başa çatdı.

Nsa.ge xəbə verir ki, bu haqda Gürcüstanın Təhsil Nazirinin müavini İrina Abuladze bildirib. İlk mərhələdə qeydiyyatdan 6 000 pensiya yaşlı müəllim keçib.

Onun sözlərinə görə, öz istəyi ilə pensiyaya çıxan əməkdar müəllimlər iki illik maaşlarını pul mükafatı olaraq, cari ilin oktyabr ayında ala biləcəklər. Bununla yanaşı, onlar ömür boyu, pedaqoqlar üçün xüsusi səhiyyə sığorta paketindən istifadə edə biləcəklər.

“Bu forma ilə dövlət pensiya yaşına çatmış əməkdar pedaqoqlara, ölkənin təhsil sisteminə illər ərzində etdikləri əvəzolunmaz qatqı üçün təşəkkür etmək istəyir” – dedi İrina Abuladze.

Nazir müavini pedaqoqlara, məktəb administrasiyalarına və təhsil resurs mərkəzlərinə qeyd olunan prosesin yüksək səviyyədə təşkil edildiyinə görə təşəkkür etdi.

Əməkdar pedaqoqlara pul mükafatının verilmə prosesi 2019-cu ilin sonuna qədər davam edəcək.