Pensiyalarla bağlı təşəbbüs hazırlanır

Manshet Cəmiyyət

“2020-ci ilin büdcəsi əsasən sosiyal proqramlara yönləndiriləcək və onların arasında pensiyalarla bağlı təşəbbüs də hazırlanır”.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava bugünki hökümət iclasından sonra, jurnalistlərlə söhbət zamanı verdi.

“2020-ci ildə, pensiyalarla bağlı təşəbbüs hazırlanır və buna Maliyyə Nazirliyi koordinasiyalıq edir. Büdcə layihəsinin hazırlanması başa çatanda, qeyd olunan layihə ilə bağlı əlavə məlumat verəcəyik” – dedi Natia Turnava.

Yeni iqtidara etimadın verildiyi müddətdə, parlamentdə aparılan müzakirə zamanı baş nazir Giorgi Qaxaria bəyan etdi ki, mövcud olan büdcə gələn il pensiyaların artırılması üçün imkan verir.