Zuqudididə polis aksiya iştirakçısını saxlayıb-Rəsmi

Manshet Cəmiyyət

Zuqdiddə regional polis binası qarşısında  aksiyada 1 nəfər   saxlanılıb.

Nsa.ge  bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb.

Qeyd edilir ki,  DİN Sameqrelo-Zemo Svaneti Regional Polis Şöbəsi qarşısında etiraz aksiyasında bir nəfəri saxlayıb.

Məlumatda  Daxili İşlər Nazirliyinin 166 və 173-cü maddələrinə əsasən, xuliqanlıq və polislərə tabe olmadığı üçün bir nəfər inzibati qaydada nəzarətə alındığı deyilir.

Xatırlaq ki, Daxili İşlər Nazirliyinin Sameqrelo – Yuxarı Svanetinin regional polis bölməsinin qarşısında saxlanılan Besik Dqebuadzenin ailə üzvləri və yaxınları  aksiya keçirərək  onun tezliklə azadlığa buraxılmasını tələb edir.

Belə ki, aksiya iştirakçıları Zuqdidin mərkəzi avtomobil yolunu bağlama cəhd edib,  lakin hüquq mühafizəçiləri buna imkan verməyib.

Onu da bildirək ki, aksiyada Besik Dqebuadzenin anasının vəziyyəti pisləşib.

 Dqebuadzenin adı hallanan işdə qəsdlə bədəninə xəsarət yetirmə və yalan ifadə maddələri ilə istintaq başlanıb.

Məlumat üçün qeyd edək ki, Besik və Goni Dqebuadze qardaşları Daxili İşlər Nazirliyinin Zuqdidin bölmə əməkdaşları 4 aprel tarixində həbs ediblər. Dqebuadzenin ailə üzvlərinin məlumatına görə,  bu, məhkəmənin qərarı olmadan baş verib.

Zuqdid rayon bölməsi saxlanılan 2 nəfərdə girov istəyiblər. Onlar isə apellyasiya müraciət edib. Kutaisinin məhkəməsinin dünənki qərarına əsasən, Besik Dqebuadzen yenidən həbs edilib. Goni Dqebuadzeyə gəldikdə isə ondan  30 min lari  girov istəyiblər.

Dqebuadze ailəsi dünənki qərardan sonra yenidən aksiyaya davam edib.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir