Polis dörd yaşlı uşağı bıçaqla yaralayan qadını saxlayıb

Cəmiyyət Manshet

Polis Tbilisidə, Pekini küçəsində, az yaşlı uşağı yaralamaqda ittiham edilən qadını saxlayıb.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyindənməlumata yayıb.

Məlumata əsasən, 1968-ci ili təvəllüdlü T.S.-nın törətdiyi cinayət 7-dən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“İstintaq nəticəsində məlum oldu ki, həbs olunan qadın, cari ilin avqustun 27-də, Tbilisidə, Pekini küçəsində, valideynləri ilə yolda gedərkən, 2015-ci il doğumlu uşağa bıçaq zərbələri yetirib və hadisə yerindən qaçıb” – deyilir DİN-in bəyanatında.

Yaralanan uşaq xəstəxanadadır və vəziyyəti stabildir.