Portuqaliyada silsilə oğurluqlar edən Gürcüstan vətəndaşları saxlanılıb

Cəmiyyət Dünya Manshet

Portuqaliya polisi Villa Nova De Gua şəhərində evlərdən oğurluq edən 3 Gürcüstan vətəndaşını saxlayıb. 

Nsa.ge xəbər verir ki, saxlanılan şəxslərin Şərqi Avropada fəaliyyət göstərən cinayətkar qruplaşmalarla əlaqəsi olduğu bildirilir.

Araşdırma zamanı cinayətkar qruplaşmanın 3 ildir, fəaliyyət göstərdiyi üzə çıxıb. Oğruların son beş ay ərzində ən az 20 mənzildən oğurluq etdiyi, əsasən Porto, Braqa və Lissabon şəhərlərində fəaliyyət göstərdikləri qeyd olunub.