Putin Ermənistanda səfəri zamanı Rustavi-2 telekanalının jurnalisti Rusiya Prezidentinə gözlənilməz sual ünvnlayıb – VİDEO

Manshet Cəmiyyət Dünya

Avrasiya İttifaqı Ali İqtisadi Şurasının toplantısı çərçivəsində Ermənistana səfər edən Rusiya Prezidenti Vladimir Putin gözlənilməz halla üzləşib.

Nsa.ge xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin İrəvanda Prezident Sarayına yollanarkən Rustavi-2 telekanalının jurnalisti ona yaxınlaşaraq sual ünvanlamağa çalışıb.

Prezidentə yaxınlaşmağa çalışsa da, buna müvəffəq ola bilməyən jurnalist bildirib: “2008-ci ildə üzərinizə götürdüyünüz öhdəlikləri nə zaman yerinə yetirəcəksiniz? Qoşunlar Gürcüstanın işğal altındakı torpaqlarından nə zaman çıxarılacaq?”

Jurnalistin bu sözlərinə Putin sakit şəkildə və təbəssümlə cavab verib:
“Biz həmişə sözümüzü tuturuq”.