Putinin qərarından sonra Gürcüstandakı rus turistlərin sayı açıqlandı

Cəmiyyət İqtisadiyyat Manshet

Rusiya Prezidenti Vladimir Putinin Gürcüstandakı bütün Rusiya vətəndaşlarının ölkəyə qaytarılması ilə bağlı fərmanından sonra diqqət həm də bu ölkədəki rus turistlərin sayına yönəlib.

Nsa.ge rus KİV-nə istinadən xəbərə verir ki, Rusiya Federal Turizm Agentliyi (“Rosturizm”) hazırda Gürcüstanda təxminən 1500 rus turistin olduğunu açıqlayıb. 

Məlumatda bildirilir ki, bu rəqəm Gürcüstanda olan Rusiya vətəndaşlarının yox, tur operatorları vasitəsilə bu ölkəyə səfər edən rusların sayını göstərir.

“Rosturizm” həmçinin rusiyalıların 8 iyula qədər plan əsasında Rusiyaya qaytarılacaqlarını bəyan edib. 

Xatırladaq ki, V. Putinin digər fərmanına görə iyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinə Gürcüstana vətəndaşları daşımaq qadağan edilib. Qadağanın müvəqqəti xarakter daşıdığı bildirilib.