“Qalib Gürcüstan” hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib

Manshet Cəmiyyət

“Qalib Gürcüstan” hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib.

Nsa.ge-nin xəbərinə görə, bu barədə hərəkatın üzvü Kote Kemularia məlumat verib.

Hərəkat liderinin inzibati qaydada həbs edildiyi bildirilib. 

Qeyd edək ki, bu il iyunun 11-də təsis edilən siyasi hərəkatın qurucusu, Gürcüstanın sabiq müdafiə naziri İ. Okuraşvili də həbsdədir. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib.