Qara dənizdə çimmək qadağan olundu – Fövqəladə Hallar Nazirliyi müraciət edir

Cəmiyyət Manshet

Gürcüstan Fövqəladə Hallar İdarəsi Qara dəniz sahillərində fırtına barədə xəbərdarlıq edir və Acarıstan əhalisini və qonaqlarına dənizdə çimməkdən çəkinməyə çağırır.

Nsa.ge xəbər verir ki, hazırda Acarıstanın Qara dəniz sahillərində fırtına üç-dörd bal gücünə çatır, dəniz sahillərində qırmızı bayraqlar qaldırılıb və üzgüçülük qadağan edilib.

Xilasedicilər hər kəsi təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır – uşaqları baxımsız buraxmamağa, asma və spirtli sərxoş vəziyyətdə suya girməməyə çağrır.

İdarədən bildirilir ki, qırmızı bayraqlar endirilmədikcə dənizə girmək tövsiyə olunmur. Dənizdə üzmək yalnız ağ bayraq qaldırıldıqda olar.