Qardabani rayonunda etiraz aksiyası keçirilib – Foto

Cəmiyyət Manshet

Qardabani rayonunda etiraz aksiyası keçirilib.

Nsa.ge report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Qardabani rayonunda fəaliyyət göstərən spirt zavodunun xoşagəlməz iyindən narahatlıqlarını bildiriblər.

Zavod ətrafında yerləşən kəndlərin sakinlərinin sözlərinə görə, bu məsələ ilə bağlı rayonun aidiyyatı orqanlarına dəfələrlə müraciət etsələr də, bu günə qədər heç bir addım atılmayıb.

Problem aradan qaldırılmayana qədər Qardabani sakinləri etiraz aksiyalarını davam etdirəcəklərini deyiblər.

Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov “Report”a açıqlamasında bildirib ki, zavodun məxsus olduğu şirkətin rəhbərliyi ilə problemin aradan qaldırılması ilə bağlı görüş keçirilib: “Görüşdə yerli sakinlər də iştirak ediblər. Bu ayın sonuna qədər problemin həll olunması ilə bağlı razılıq əldə olunub”. 

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir