Qardabani rayonunda üç ictimai məktəbdə təmir-bərpa işləri aparılacaq

Manshet Cəmiyyət Mədəniyyət

Gürcüstanın Qardabani rayonunda üç ictimai məktəbdə təmir-bərpa işləri aparılacaq.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bununla bağlı elektron tender elan olunub.

Tenderə əsasən, Qardabani rayon Levan Devdariani adına 1 saylı, Vaxtanqisi kəndindəki 1 saylı ictimai məktəb bərpa olunacaq. Layihənin ümumi dəyəri, təxminən, 137 543 lari təşkil edir.

Rayonun Sartiçala kəndinin 2 saylı ictimai məktəbində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə yerli büdcədən 196 121 lari həcmində vəsait ayrılıb.

Təhsil müəssisələrində təmir-bərpa işlərinin yay tətili müddətində həyata keçirilməsi nəzərdə tutulub.