Qardabanidə ağır yol qəzası olub – ölən və yaralananlar var

Manshet Cəmiyyət

Gürcüstanda ağır yol qəzası baş verib.

Nsa.ge-nın xəbərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, yol qəzası azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda qeydə alınıb.

Qəza zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bildirilib ki, karqo xidmətinə məxsus yük maşını əvvəlcə qarşıdan gələn minik avtomobili ilə toqquşub və daha sonra yanından ötən digər avtomobillərin üstünə aşıb. Nəticədə 8 avtomobilə zərər dəydiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb.