Qardabanidə azərbaycanlı ər-arvad xüsusi amansızlıqla qətlə yetirilib

Cəmiyyət Manshet

Ötən gecə Gürcüstanın Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.

Nsa.ge xəbər verir ki, öldürülən şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.

Faktla bağlı istintaq başlanılıb. İstintaq amansızlıqla qəsdən adamöldürmə maddəsi ilə aparılır. Cinayəti törədən şəxs və ya şəxsləri 16 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir.