Qardabanidə azərbaycanlı məzunlara qızıl və gümüş medallar təqdim olunub

Manshet Cəmiyyət

Gürcüstanın Qardabani rayonunda 2016-2017-ci tədris ilində qızıl və gümüş medala layiq görülmüş ictimai məktəblərin məzunları ilə görüş keçirilib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, görüşdə gənclərə medallar təqdim olunub.

Qardabani rayon Resurs Mərkəzində baş tutan tədbirdə rayonun icra başçısı Ramaz Budaqaşvili, sakrebulo sədrinin müavini Rəfi Orucov və digər rəsmi şəxslər iştirak ediblər.

R.Budaqaşvili bildirib ki, 33 məzunun qızıl və gümüş medal alması rayon üçün yaxşı göstəricidir: “20 məzun qızıl, 13-ü isə gümüş medala layiq görülüb. Qardabanidə medal alan məzunların sayının ildən-ilə artması qürurvericidir. Bu göstəriciyə görə müəllim və valideynlərə təşəkkür edirəm”.

R.Orucov məzunlar arasında qızıl medal alanların 7-sinin, gümüş medal alanların isə 2-sinin azərbaycanlı olduğunu bildirib.

NSA.GE