Qardabanidə toy karvanı qəzaya düşüb, gəlin xəsarət alıb

Manshet Cəmiyyət
Photo: İPN

Gürcüstanın Qardabani rayonunun Saakadze kəndində toy karvanı yol qəzasına düşüb.

Nsa.ge xəbər verir ki, bəy və gəlinin olduğu avtomobil yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Gəlinin də xəsarət alanların arasında olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı istintaq başlanılıb. İstintaq yol hərəkəti qaydlarını pozulması maddəsi ilə aparılır.