Qardaş qardaşı qətilə yetirib

Manshet Cəmiyyət

Ailə münaqişəsi zəminində qardaş qardaşını qətilə yetirib.

Nsa.ge Rustavi2-yə istinadən xəbər verir ki, hadisə Svanetinin ucqar kəndi olan Tsxumari-də baş verib.

Mestia bölgəsinin mer müavini Neli Naveriani-nin dediyinə görə, qətli törədən şəxs içkili olub.

“Bildiyimizə görə, qardaşlardan biri sərxoş olub və ailə üzvləri onun avtomobil idarə etməsini istəməyiblət. Daha sonra bədbəxt hadisə baş verib” – dedi Neli Naveriani.

Polis qətldə ittiham olunan şəxsi saxlayıb. Hadisə yerində müstəntiqlər kişinin öldürüldüyü bıçaqı tapıblar.

Faktla bağlı istintaq başlanılıb. İstintaq “Qəsdən adam öldürmə” maddəsi ilə aparılır. Maddə yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.