Qasırğalı külək və dolu Bolnisinin kəndlərində fəsadlar törədib – Bir nəfər yaralanıb -VİDEO/FOTO

Cəmiyyət Manshet

Dünən, 1 avqust tarixində Bolnisi rayonunun Talaver (Faxrali) və bir neçə kəndlərində güclü külək, qasırğa və dolu ciddi fəsadlar törədib.

Bu haqda Talaver (Faxrali) kənd sakinləri Nsa.ge-yə məlumat veriblər.

Təbii fəlakət Xatisopeli və Talaver (Faxralı) kəndlərindəki yaşayış evlərinin və obyektlərinin dam örtüklərinə, elektirik xəttlərinə, Mamxuti (Saraçlı) kəndində isə əkin sahələrinə ciddi ziyan vurub.

Təbii fəlakət zamanı yaralanan şəxsə tibbi yardım göstərilib, onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Rayonun icra başçısının birinci müavini Buba Qobecişvili və İnfrastruktur departamentinin rəhbəri Konstantin Kordzadze ilə birgə Xatisopeli, Mamxuti və Talaver kəndlərində yaranan vəziyyətlə tanış olublar.

Güclü külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın incələməsindən sonra əhaliyə müvafiq yardım göstəriləcəyi bildirilir.