Qaydaları pozan sürücülərlə bağlı sanksiyalar sərtləşdirilir

Manshet Cəmiyyət

Avtomobili içkili  halda idarə etmək, sürət həddini aşmaqla bağlı qaydaları pozmaqla bağlı sanksiyalar artırılacaq və  sərtləşdiriləcək.

Nsa.ge bildirir ki,  bunu daxili işlər nazirinin müavini Nino Cavaxadze BMT- nin yol təhlükəsizliyinin 5- ci qlobal həftəliyinin açılışında deyib.

Gavaxadzenin qeyd etdiyinə görə, qanunvericilik dəyişikliyi paketinin nəzərdən keçirilməsi yaz sessiyasına planlaşdırılır.

“ Bu gün BMT- nin yol təhlükəsizliyi həftəliyi başladı.  Bu, bizim üçün prioritet istiqamətlərdən biridir.  Prioritetimiz avtomobil qəzalarının sayının azalmasıdır.  Bunun üçün kameralar arıtırırıq. İlin sonunadək ölkə miqyasında  müxtəlif tipli- nömrə , üz tanıyan 5 min kamera  fəaliyyət göstərəcək. Tbilisidə və eləcə də müxtəlif bölgələrdə polis patrul ekipajı artırılacaq. Qanunvericilik dəyişikliyi paketinin nəzərdən keçirilməsi yaz sessiyasına planlaşdırılır. Belə ki,  avtomobili içkili  halda idarə etmək, sürət həddini aşmaq və  saxlamaq qaydalarını pozmaqla bağlı sanksiyalar artırılacaq”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir