Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı

Manshet Cəmiyyət

Qazaxıstanda Facebook, Instagram, YouTube və Telegrama giriş məhdudlaşıb.

Nsa.ge İnterfaks-a istinadən xəbər verir ki, beynəlxalq qeyri-hökuməti təşkilatı olan “NetBlocks” tərəfindən aparılan texniki monitorinqə əsasən, mayın 9-da internet-provayderlər sosial şəbəkələrə girişə blok qoyublar. 

Ölkədə yalnız Twitter və WhatsApp-a giriş açıqdır. 

Qeyd edək ki, bu Qazaxıstanda son aylarda baş verən ilk hadisə deyil, ölkədə müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. 

Ötən gün  Baş Prokurorluq müraciət yayaraq vətəndaşları razılaşdırılmamış mitinqlərə çıxmamağa səsləyib və mitinqə çıxacaq şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edib.

Bundan başqa, ölkə ərazisində rus.azattyq.org, exclusive.kz, vlast.kz, holanews.kz. saytlarına giriş bağlanıb. 

NSA.GE