Qiorqi Qaxaria: “Daşların atılması çıxış yolu deyil”

Cəmiyyət Manshet

Daxili İşlər naziri Giorgi Qaxariya Pankisidə, aksiya iştirakçıları ilə görüşdən sonra bəyanat yayıb.

Nsa.ge məlumat verir ki, Qaxariyanın qeyd etdiyinə görə, hazırda hamının sakitləşməsidir. Digər məsələlər isə sonra müəyyənləşdiriləcək.

O, SES-in tikintisinə gəldikdə bildirib ki, inşaatçılar yerlilərlə danışıqları davam etdirəcəklər.

Q.Qaxaria qeyd edib ki, tikinti, əhalinin 90 faizinin dəstəklədiyi təqdirdə davam etdiriləcək.

Qeyd edək ki, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə bağlı qapılar arxasında görüşüb. Yerli sakinlərin evinin birində görüş zamanı, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edib.

Buna qədər Daxili İşlər naziri Giorgi Qaxariya hadisə ilə yerində tanış olub. DİN nazirin dediyinə görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası əhali tərəfindən daşların atılmasından sonra baş verib.

Nazir bunu yolverilməz hal kimi qiymətləndirib və reaksiyanın sərt olacağını deyib.

NSA.GE