Qoridə yeniyetmə polis avtomobilini qaçırıb

Cəmiyyət Manshet

Gürcüstanın Qori şəhərində yeniyetmə Polis maşınını qaçırdıqdan sonra qəza keçirib.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin veb saytında yazılıb.

Hadisə bu gün Guramişvili küçəsində səhər saatlarında baş verib. Məlumata görə həmin vaxt polisə əməliyyat keçirirmiş.

“17 yaşlı K.Ç, Sərxoş vəziyyətdən polis avtomobilini qaçıraraq yüksək sürətlə Tiflis-Senaki-Leselidze avtomobil yoluna sürüb. Yolda yeniyetmə nəzarətini itirərək Ford Transit markalı avtomobilə çırpılıb. Qəzadan sonra polis avtomobilini ataraq hadisə yerindən qaçıb. Qəza nəticəsində zərər çəkın olmayıb”- Daxili işlər Nazirliyinin veb saytında deyilir.

Polis, avtomobili qaçıran şəxsi Qori rayonunun Ortaşeni kəndində saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yeniyetmə daha əvvəl oğurluqdan təqsirləndirilib və şərti azadlığa buraxılıb.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstanın Cinayət “quldurluq” maddəsi ilə başlanıb. Maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.