Rusiya aviaşirkətləri Gürcüstana bilet satışını dayandırıb

Manshet Cəmiyyət Dünya

Rusiya hava yolları iyulun 8-dək Gürcüstan istiqamətində sərnişin daşımalara bilet satışını dayandırıb.

Nsa.ge xəbər verir ki, “Smart”, “Pobeda”, “Red Drive” və “This 7” aviaşirkətləri artıq Gürcüstan istiqamətində bilet satışı icra etmirlər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstan istiqamətində uçuşların iyulun 8-dək dayandırılması haqqında fərman imzalayıb.