Rusiyalı baykerləri Gürcüstana buraxmayıblar

Manshet Cəmiyyət

Gürcüstan rusiyalı baykerlər karvanını ölkəyə buraxmayıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, onlar Yuxarı Lars sərhəd-buraxılış məntəqəsində saxlanılıblar.

Məlumata görə, baykerlərin ölkəyə buraxılmaması səfərin məqsədinin düzgün göstəilməməsi ilə bağlıdır. 30 motoskletçidən ibarət karvan Yunanıstan paytaxtı Afinada keçiriləcək baykerlərin beynəlxalq tədbirinə gedirmiş. Rusiyalı baykerlər bir neçə ildir faşizm üzərində qələbə günü münasibəti ilə mayın 9-da yürüş keçirirlər.

“Bu tədbir 2014-cü ildən başlayaraq hər il keçirilir. Sərhədçilər təxribat istəmədiklərini deyiblər. Mayın 4-dən sonra onları tək-tək buraxacaqlar. İndi isə hamımızı geri döndərirlər”, – deyə baykerlərdən biri vəziyyəti DV-yə şərh edərkən vurğulayıb. 

NSA.GE