Rustavi 2 kanalına qarşı yenidən etiraz mitinqi başlayıb

Cəmiyyət Manshet

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının binası qarşısında yenidən etiraz mitinqi keçirilir.

Nsa.ge xəbər verir ki, iştirakçılar aparıcı Giorgi Qabunianın müvəqqəti deyil, həmişəlik işdən uzaqlaşdırılmasını və kanalın rəhbərliyinin dəyişdirilməsini tələb edirlər.

Mitinqçilər tələbləri yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

“Rustavi 2” televiziya kanalının binası yaxınlığına polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. “Rustavi 2” televiziyasının rəhbərliyi ötən gün tamaşaçılardan üzr istəyib, bu gün isə G.Qabunianı iki ay müddətinə işdən uzaqlaşdırıb.