Rustavi 2 kanalının bağlanması tələb edilir-Aksiya

Cəmiyyət Manshet

Gürcüstanda müxalif Rustavi 2 televiziya kanalının bağlanması tələb edilir.

Nsa.ge Report-a istinadən bildirir ki, bununla bağlı aksiya keçirilib.

Məlumata görə, televiziya kanalının binası yaxınlığında keçirilən aksiyada iştirakçılar yayımçının fəaliyyətinə etiraz ediblər.

Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub.

Etirazçılar “Rustavi 2″nin bağlanmasını tələb ediblər. Onlar cəmiyyət üzvlərini kanala müsahibə verməməyə çağırıblar.

Aksiya iştirakçıları kanalın baş direktoru Nika Qvaramianın canlı efirdə hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin ünvanına nalayiq ifadələr işlətməsini də tənqid ediblər.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir