Rustavi 2 kanalının direktoru söyüşə görə tamaşaçılardan üzr istədi

Cəmiyyət Manshet

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı aparıcı Giorgi Qabuniyanın qalmaqala səbəb olan monoloquna görə tamaşaçılardan üzr istəyib.

Nsa.ge xəbər verir ki, kanalın direktoru Nika Qvaramiya aparıcının hərəkətinin qəbuledilməz olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, aparıcının hərəkəti “Rustavi 2”nin redaksiya siyasəti və kanalın yüksək standartlarına cavab vermir.

Yayımçı G.Qabuniya ilə bağlı müvafiq qərarın qəbul olunacağını qeyd edib.

Qeyd edək ki, “Rustavi 2” kanalında yayımlanan “Postskriptum” proqramında aparıcı G.Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib.