Rustavi 2- nin 9% – nin hissədarı televiziyadan 26 milyon tələb edir

Cəmiyyət Manshet

Rustavi 2- nin baş direktoru Nika Qvaramianın açıqlamasına görə, teleşirkətin hissəsinin 9 % nin sahibi Nino Nijaradze digər hissədarlardan 26 milyon tələb edir. Onun bildirdiyinə görə o, məhkəməyə müraciət edib.

Nsa.ge on.ge-yə istinadən xəbər verir ki, bununla əlaqəli Nika Qvaramia brifinq keçirdi.

Bellə ki, Qvaramianın açıqlamasına görə, bütün bunların səbəbi Rustavi 2- nin redaksiya siyasətinin dəyişməsidir.

Qvaramianın qeyd etdiyinə görə, onun əsas tələbi direktorun səlahiyyətlərini dayandırmaqdır ki, o Bidzina İvanişvilinin tapşırığı ilə buna bir neçə dəfə cəhd edib.

“ Rustavi 2- nin 9% – nin hissə sahibi Nino Nijaradzenin digər hissədarlara, mənə və teleşirkətin satış evinə qarşı şikayəti daxil oldu. O, toplanma vergiləri kimi bizdən konpensasiya tələb edir . Onun dediyinə görə 2015- ci ildə satış evindən itmiş 10 milyon larini tələb edir. O məndən siyasi reklamların pulsuz limitini müxalifətin xeyrinə nəyə görə artırdığımı tələb edir və bununlada teleşirkətə ziyan vurduğumu söyləyir. 1 milyon 600 min lari tələb edir ki digər hissədarların başqa şəxslərə satış hüquqları olmasın. Ümumi cəmdə o 26 milyon lari tələb edir. Dava gürcü məhkəməsinə verilib və işə məhkəmə klanının üzvü Koçiaşvili baxır”- Qvaramia dedi.

Qvaramia Nino Nijaradzedən, Gürcüstan məhkəməsindən şikayətini geri çəkməsini və başqa beynəlxalq məhkəmələrə müraciət etməyini təklif edir.

NSA.GE