Rustavi 2 telekanalında kütləvi ixtisarlara başlanılıb

Cəmiyyət Manshet

Gürcüstanın “Rustavi 2” telekanalında kütləvi ixtisarlara başlanıb.

Nsa.ge xəbər verir ki, bu barədə kanalın baş direktoru Paata Salia keçirdiyi brifinqdə məlumat verib.

Bildirib ki, işdən çıxarmalara səbəb maraqların uyğun gəlməmisidir. Baş direktor məzuniyyət bitdikdən  sonra yeni ixtisarların olacağını da istisna etməyib.

İşdən çıxarılanlar arasında Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədərək 3 ay müddətinə efirdən uzaqlaşdırılma cəzası alan “Postspektrum” verilişinin aparıcısı Giorgi Qabunia da var.