Rustavi-2 televiziyasının direktoru dəyişdirilib

Manshet Cəmiyyət

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının yeni sahibi, iş adamı Kibar Xalvaşi kanalın direktorunu dəyişib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, biznesmen bu vəzifəyə vəkili Paata Salianı təyin edib.

Bu gün “Rustavi 2 yayım şirkəti” MMC-nin toplantısı keçirilib. Toplantının qərarı ilə Nika Qvaramia kanalın baş direktoru vəzifəsindən azad olunub.