Rustavi-2 televiziyasının keçmiş direktoru istintaqa ifadə verəcək

Cəmiyyət Manshet

“Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia istintaqa ifadə verəcək.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

N.Qvaramia “Rustavi 2”də rəhbərliyin, teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək.

Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub.