Rustavi-2 televiziyasının sabiq direktoruna qarşı ittiham irəli sürülüb

Cəmiyyət Manshet

“Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı ittiham irəli sürülüb.

Bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

N.Qvaramia səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. 

N.Qvaramia bu gün ittihamın irəli sürülməsi üçün prokurorluğa dəvət olunub. Prokurorluq daha sonra istintaq zamanı N.Qvaramiaya qarşı qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

“Rustavi 2”nin keçmiş direktorunun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub.

Mənbə: Report