Rustavi şəhər merinin evi qarət olunub

Cəmiyyət Manshet

Gürcüstanın Rustavi şəhərinin meri İrakli Tabağua-nın Qori rayonunun Tortiza kəndindəki evindən oğurluq olub.

Nsa.ge xəbər verir ki, oğrular ev əşyaları və mini traktor oğurlayıblar.

İrakli Tabağua qarət olunan evin onun mülkiyyətində olmadığını deyib. O, həmin evin babasına məxsus olduğunu bildirib.

Faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə istintaqa başlanılıb. 

Cinayəti törədənləri 4 ildən 7 ilədək həbs cəzası gözləyir. 

NSA.GE