Rustavidə gənc oğlan öz həyat yoldaşını və qardaşını bıçaqlayıb

Manshet Cəmiyyət

Rustavi şəhərində gənc oğlan qardaşını və öz həyat yoldaşını soyuq silahla yaralayıb.

Nsa.ge xəbər verir ki, bu haqda Birinci Kanal xəbər yayıb.

Məlumata görə, avqustun 13-də evinin həyətində təqsirləndirilən şəxs qardaşı ilə mübahisə edib, sonra onu ayırmağa çalışan öz həyat yoldaşını və qardaşını yaralıyıb.

Zərərçəkənlərə tibbi yardım göstərilib, onların həyati təhlükəsi olmadığı bildirilir.

Faktla bağlı istintaqa başlanılıb. İstintaq “sağlamlığa yüngül zərər vurma” maddəsi ilə aparılır.