Rustavidə Kür çayının sahilində gənc oğlanın cəsədi tapılıb

Cəmiyyət Manshet

Rustavidə Kür çayının sahilində gənc oğlanın cəsədi tapılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.

Cəsəd Rustavi şəhərinin Mari kəndində tapılıb. Hadisə yerinə polis cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Faktla bağlı istintaqa başlanılıb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır. Maddə intihara cəhd etməyi nəzərdə tutur