Rustavidə məktəbdə 15 zəhərləndi-Səbəb

Cəmiyyət Manshet

Rustavinin 15 saylı ictimai məktəbinin 15- dək şagirdi zəhərlənib.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, onlar qidalardan zəhərləniblər.

Belə ki, Məktəbə təcili tibbi yardım xidməti çağırılıb. Yerində ilkin tibbi yardım göstərilib və uşaqların xəstəxanaya aparmağa ehtiyac duyulmayıb. Şagirdlər daha sonra evə buraxılıblar.

Faktı Rustavinin təhsil resurs mərkəzi təsdiq edir.

Tamar Xeçikaşvilinin açıqlamasına görə, onlar artıq ictimai səhiyyə mərkəzinə müraciət ediblər. Hadisə ilə əlaqəli milli qida agentliyi məlumatlıdır. Miranqul Lipartelianinin bildirdiyinə görə, müvafiq tədqiqatlar aparılacaq.

Yayılan məlumata görə, yeniyetmələr məktəbin kafeteriyasından aldıqları lobiyanidən zəhərləniblər.

NSA.GE