Rustavidə ticarət mərkəzində yanğın olub – VİDEO

Cəmiyyət Manshet

Gürcüstanın Rustavi şəhərində “Madagoni” Ticarət və Əyləncə Mərkəzində yanğın baş verib.  

Nsa.ge-nin xəbərinə görə, hadisə yerinə iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım çağırılıb. 

Məlumata görə, yanğın mərkəzin lift şaxtasında qeydə alınıb. Hadisə ilə əlaqədar ticarət mərkəzinin işçiləri təxliyə edilib.  

Bir nəfər tüstüdən zəhərlənib.