Rustavidə yaşayış binasından yıxılan qız həyatını itirdi

Cəmiyyət Manshet

Dünən gecə yaşayış binasının 4-cü mərtəbəsindən düşən 16 yaşlı qız “Rustavi” klinikasında həyatını itirdi.

Nsa.ge məlumat verir ki, ona klinkada tibbi yardım göstərilib, müalicə almasına baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ötən gecə Rustavi şəhərinin 20-ci mikrorayonundakı yaşayış binalarından birində baş verib. Yaralı təcili yardım ilə yaxınlıqdakı klinikaya ağır vəziyyətdə aparılıb.

NSA.GE