Səhiyyə Nazirliyi: Parlament binasının qarşısında baş verən qarşıdurmada 240 nəfər yaralanıb

Manshet Cəmiyyət

Gürcüstanda Səhiyyə Nazirliyi Tiflis mərkəzindəki patlament binasının qarşısında mitinq zamanı 240 nəfərin xəsarət qaldığı bildirir.

Nsa.ge xəbər verir ki, hal-hazırda 102 nəfər xəstə müxtəlif Tbilisi xəstəxanalarına yerləşdirilib.

“Cəmi 240 xəstə xəstəxanaya aparıldı, onlardan 80-i polis məmuru idi. Bu dəqiqələrdə iki əməliyyat keçirilir. Bir xəstənin vəziyyəti ağır sabit olaraq qalır “, – Səhiyyə nazirinin müavini Zaza Bohua jurnalistlərə bildirib.

Xatırladaq ki,  iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar.

Qeyd edək ki, dünən gecə xüsusi qüvvələr etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllədən istifadə etdi.