Səhiyyə Nazirliyi: Parlamentin qarşısındakı aksiyada 55 nəfər yaralanıb

Cəmiyyət Manshet

Parlament binası qarşısında baş verən aksiya nəticəsində 55 nəfər yaralanıb.

Nsa.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində InterPressNews-a məlumat verilib.

Onlardan 17 nəfəri aksiya iştirakçılarıdır.

Məlumata görə, onlar ağır və orta dərəcədə yaralılardır. Yaralıların hamısı Tbilisinin müxtəlif xəstəxanalarına qaldırılıb.

Bundan əlavə, 38 nəfər Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan dördü xəstəxanaya yerləşdirilib, digərlərinə isə təcili yardım briqadaları yerindəcə kömək edib.

Xatırladaq ki, Parlament binasının qarşısındakı aksiyada xüsusi təyinatlı qüvvələrin üzvləri etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.