Səudiyyə Ərəbistandan qaçan bacılar Gürcüstana sığındı-Kömək istəyirlər

Cəmiyyət Manshet

Səudiyyə Ərəbistanından qaçan bacılar BMT- nin qaçqınlar agentliyindən müdafiə istəyirlər.

Nsa.ge xəbər verir ki, MahaVəfa Əl Subaya bacıları Twitter sosial şəbəkəsində hazırda Gürcüstanda olduqlarını paylaşıb.

Qeyd edək ki, bacılar Twitter-də videomüraciət və öz passportlarının şəkilini yayıblar.

“Biz Səudiyyə Ərəbistanındanıq. Mənim adım Maha, bacımın adı isə Vəfadır. Biz təhlükədəyik. Səsimizi çatdırmaq üçün Sizin dəstəyinizə ehtiyacımız var. Bizi qəbul edəcək və hüquqlarımızı qoruyacaq ölkə istəyirik. Xahiş edirik kömək edin. Səudiyyə ərəbistanının hakimiyyəti pasportlarımızı ləğv edib. Hazırda Gürcüstandayıq”.

Bacılar Twitterdə yaratdıqları hesabda onu da qeyd edirlər ki, onları axtarmaq üçün bacıların atası və qardaşları gürcüstana gəlib:

“Atamız və qardaşlarımız Gürcüstana bizi tapmaq üçün gəliblər. Ailədə bizi əzirdilər və buna görə də qaçdıq. Səudiyyə Ərəbistanında bizi qorumaq üçün qanun çox zəifdir. BMT-nin qaçqınlar agentliyinin yardımı bizə ona görə lazımdır ki, bizi təhükəsiz ölkəyə aparsınlar. Xahiş edirik xilas olmağımız üçün bizə yardım edin”.

NSA.GE