Səudiyyə Ərəbistanından qaçan bacılar sığınacaq aldılar

Cəmiyyət Manshet

Səudiyyə ərəbistanından qaçan Maha və Vəfa bacıları sığınacaq alaraq Gürcüstanı tərk ediblər.

Nsa.ge xəbər verir ki, bu haqda bacılar öz Twitter səhifələrində yazıblar.

“Yeni ölkədə yeni həyata başlayırıq. Bizə dəstək olanlara minnətdarlığımızı bildirirk.”- Bacılar yazır.

Səudiyyəli bacıların açıqlamalarına görə təhlükəsizliyə görə yerlərini ictimailəşdirməyəcəklər.

Xatırladaq ki, bir neçə gün öncə Tvitterdə video yayılmışdı. Videoda Səudiyyəli bacılar Maha və Vəfa bildirirdilər ki, onlar öz doğma vətənlərini ölkənin ağır şərtlərindən qaçıblar və Gürcüstana gəliblər. Onların bildirdiklərinə görə Səudiyyə ərəbistanına qayıdacaqları halda onları ölüm gözləyir.

“Biz Səudiyyəliyik. Mən Maha və bacım Vəfa. Biz təhlükədəyik. Sizin dəstəyinizə və qorumağınıza ehtiyacımız var. Bizi qəbul edəcək və hüquqlarımızı qoruyacaq ölkə istəyirik. Xahiş edirik kömək edin.Səudiyyə dövləti pasportlarımız ləğv edib. Biz indi Gürcüstandayıq”.

NSA.GE