Sabiq Marneuli meri Temur Abazovun məhkəməsi keçirilib

Manshet Cəmiyyət

Rustavi Şəhər Məhkəməsində Marneuli şəhərinin keçmiş meri Temur Abazovun məhkəməsi keçirilib.

Nsa.ge xəbər verir ki, bu barədə onun vəkili Merab Çixovani məlumat verib.

O bildirib ki, məhkəmənin iclasında şahidlər dindirilib və onlardan heç biri Temur Abazovun əleyhinə ifadə verməyib.

Məhkəmə iclasında T. Abazov özünü təqsirli bilməyib və Elçin Allahverdiyevə qarşı hər hansı bir cinayət törətmədiyini qeyd edib.

Qeyd edək ki, Marneulinin keçmiş meri T. Abazov ötən il iyunun 12-də Marneuli  sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani hərəkətlər etməsi ittihamı ilə həbs edilib. Rustavi Şəhər Məhkəməsi 7 ay sonra, dekabrın 13-də T. Abazovun girov müqabilində azadlığa buraxılmasına dair qərar çıxarıb.