Sabiq prezident Giorgi Marqvelaşvili Tbilisidəki etiraz aksiyasına qoşulub

Cəmiyyət Manshet

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili Tbilisi parlamenti qarşısında hökumət əleyhinə keçirilən etiraz aksiyasına qoşulub.

Nsa.ge xəbər verir ki, o çıxışında etirazçıların yanında olduğunu bildirib.

“Gürcüstan tarixi ən qürurlu sözlərlə yazılır. Bax belə yazılır tarix, hansı ki, çox yaxşı olacaq. Mən həmişə olduğu kimi, bu gündə mən sizinləyəm. Mən düşünürəm ki, hakimiyyət xalqın maraqlarını nəzərə almalı və  indiki vəziyyətdə xalqdan dərs götürməlidir”. – Q. Marqvelaşvili dedi.