Sadaxlı şossesində yol qəzası baş verib – FOTO

Manshet Cəmiyyət

Marneulinin Sadaxlı şossesində yol qəzası baş verib.

Nsa.ge Marneuli Tv-yə istinadən xəbər verir ki, “Nissan” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Avtomobildə yalnız sürücü olduğu məlum olub. Qəza nəticəsində xoşbəxtlikdən avtomobilin sükan sağda olduğundan sürücü xəsarət almayıb. Onun sağlamlığı üçün təhlükə olmadığı bildirilir.

Hadisə yerinə patrul polisi və təcili yardım maşınları cəlb olunub.

Qəzanın dəqiq səbəbi müəyyənləşdirilir.