Şagirdlərin olduğu avtomobil qəzaya düşüb – ikisi ölüb, dördü yaralanıb

Manshet Cəmiyyət

Şagirdlərin olduğu avtomobil Kobuletidə qəzaya düşüb, nəticədə onlardan ikisi ölüb, dörd nəfər yaralanıb.

NSA.GE bu barədə İmedi televiziyasına istinadən məlumat verir.

Belə ki, qəzaya düşənlərin hamısı 12-ci sinif şagirdləri olub.

Şahidlərin sözlərinə görə, avtomobil ağaca çırpılıb. Faktla bağlı istintaq başlanılıb.

Qeyd edək ki, yanvar-avqust aylarında Gürcüstanda 2100 yaxın qəza qeydə alınıb, onlardan 246-sı ölümcül olub.