Salome Zurabaşvili müsəlmanları Ramazan bayramı münasibətilə təbrik etdi

Cəmiyyət Manshet

Gürcüstan prezidenti Salome Zurabişvili Ramazan bayramı münasibəti ilə Tiflis Cümə məscidinə gedib.

Nsa.ge xəbər verir ki, prezident müsəlmanları Ramazan baryamı münasibəti ilə təbrik edib, onlara öz arzularını çatdırıb.

Prezident bildirib ki, Gürcüstanda hər kəs mövcud olan dini dözümlülüyü qorumaq üçün əlindən gələni etməlidir.

“İslam dini sülh və əmin-amanlıq dinidir. Bu gün Gürcüstanda bütün dinlərə qarşı tolerantlıq mövcuddur. Amma təəssüf ki, hazırda dünyanın bir sıra ölkələrində vəziyyət fərqlidir. Ona görə də biz birlikdə möhkəm dayanmalı və hər kəsə nəyə qadir olduğumuzu göstərməliyik”.

NSA.GE