Salome Zurabişvili əhali ilə görüşəcək

Cəmiyyət Manshet

Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 13-14-də “Ana Dili gününü” qeyd etmək üçün Samtsxe-Cavaxeti regionuna səfər edəcək.

Nsa.ge Gürcüstan Prezidentinin Administrasiyasının məlumatına  istinadən bildirir ki, prezident Axalkalakidə gürcü əlifbası panelinin açlışında iştirak edəcək.

Məlumata görə, Zurabişvili “Ana Dili günü” ilə bağlı  Zurab Jvania adına Dövlət Administrasiyası məktəbinin tələbələrini mükafatlandıracaq və müsabiqədə qalib gələn məktəb şagirdlərini elan edəcək.

Peziden həmçinin  regionların inkişafının gücləndirilməsi və gürcü məhsullarının istehsalını dəstəkləmək məqsədi il  Samtsxe-Cavaxetidə işləyən şirkətlərə baş çəkib, onların fəaliyyəti ilə tanış olacaq.

O, “Gürcüstanda istehsal et” adlı dövlət proqramına qoşulan istehsalçılarla da görüşəcək.

Salome Zurabişvili yerli əhali ilə də görüşüb, problem və istəklərini dincləyəcək.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir