Saqarecoda ağır cinayət-4 nəfər öldü

Manshet Cəmiyyət

Saqareco bələdiyyəsinin Xandauri kəndində 85 yaşlı O.Q oğlunu, gəlnini və 2 qonşusunu öldürüb. Bundan başqa xəstəliyindən dolayı yataqda olan öz həyat yoldaşına da xəsarət yetirib.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, kişi əvvəlcə övladına və gəlninə atəş açıb, sonra isə, yardıma gələn qonşuları ana – balanı qətlə yetirib.

Yerlilərin bildirdiklərinə görə, hadisədən sonra kişi evdən bayıra çıxmayıb. Bundan irəli gələrək, xüsusi tapşırıqlar departamentinin əməkdaşlarına ehtiyac duyulub.

Cinayətkar artıq saxlanılıb. Polis hadisə yerində baş verən hadisəni araşdırır.

NSA.GE