Deputat gürcülərin azərbaycanlılarla bağlı fikirlərinə cavab verdi

Cəmiyyət Manshet

Millət vəkili Savalan Mirzəyev İrakli Okruaşivili və Şalva Natelaşvilinin azərbaycanlılara qarşı bəyan etdiyi ifadələrə fikir bildirib.

Nsa.ge xəbər verir ki, o, bu barədə öz rəsmi facebook səhifəsində yazıb.

Həmin yazını sizə təqdim edirik:

“İrakli Okruaşvilini xatırlayırsınızmı? Keçmiş Daxili İşlər, Müdafiə və İqtisadiyyat naziri (bir həftəlik). O qərara gəldi Bidzina İvanişviliyə ağıl öyrətsin və 2005-ci ildə Azərbaycanın Daxili işlər naziri ilə Candar gölündə, təmtəraqlı açılmış süfrədə necə görüşdüyünü, onu necə sərxoş etdiyini və məsələnin öz xeyrinə həll olmayacağı təqdirdə, üç günə sərhəddə 500 min qaçqın qoyacağı barədə hədə qorxu gəldiyini danışdı. Daha konkret desək: ” Azərbaycanlı həmkarıma dedim, əgər sabah bu problemi bizim xeyrimizə həll etməsəniz, daha üç stəkan içəcəyəm və səhər Qırmızı körpüdə 500 000 qaçqın qəbul edəcəksiniz, bilirsən ki bunu edə bilərəm…” Yəni Okruaşvili birbaşa qeyd etdi ki Gürcüstanda yaşayan azərbaycanlıları bir gündə vətənimdən alıb sərhədə qoyacağam.

Həqiqətən vətəndən, cünki azərbaycanlılar əsrlərdir Gürcüstanda yaşayır və Gürcüstan öz vətənidir. Azərbaycanlılar Gürcü torpağında yad deyillər və ölkəni gürcülərdən az sevmirlər. Azərbaycanlılar Gürcüstanın inkişaf etməsinə gürcülərdən daha çox öz töhfəsini verməyə çalışırlar. Azərbaycan kəndlərində mövcud olan qədim qəbir daşları əsrlərdir mövcuddur, bizim əcdadlarımız Gürcüstanda doğulurdular, Gürcüstan üçün yaşayırdılar və Gürcüstan üçün ölürdülər. Okruaşvilinin bəyanatı isə separatizmin birbaşa ifadəsidir …

Şalva Natelaşvili olmayan qıvılcımdan atəş çıxartmağa cəhd etdi və hakimiyyədən BMT-nin Təhlükəsizlik Şurasını dəvət etməyi tələb etdi. Natelaşvili və hər kəs bilməlidir ki Azərbaycan heç bir zaman Gürcüstana qarşı aqressiya (təcavüz)həyata keçirməyəcək və heç bir zaman onun ərazisini işğal etməyəcək. Necə ki, Gürcüstan heç bir zaman Azərbaycana qarşı aqressiv olmayacaq və heç bir zaman ərazisini işğal etməyəcək. Niyə? Çünki bu iki qonşu dövlət arasında qardaşlıq əsrlər boyu var və bir çox əsr olacaq.

Bəli, hər bir Azərbaycanlı fəxr edir ki, Gürcüstan öz vətənidir, burada yaşayan hər bir azərbaycanlını Gürcüstanın kədərinə üzülür və Gürcüstanın uğuruna sevinir. Bunu heç kim silə bilməz və dəyişə bilməz. Biz Gürcüstanda yaşayan azərbaycanlılar bu qürurlu ölkənin qürurlu övladlarıyıq”.

NSA.GE